Yaradıcı və innovativ həllər

İstehlakçı dediklərinizi unudacaq, ancaq onlara hiss etdirdiyinizi heç vaxt unutmayacaqlar!
ERİC KANDEL
Signature
01
Xidmətlərimiz

Sosial Media Marketing həlləri

Şirkətinizin biznes imkanlarını genişləndirmək üçün sosial mediada aktivliyinizi təmin edirik!

Biz Facebook və Instagram üzərindən marketinq gücündən istifadə edərək məqsədlərinizə çatmağa kömək etməyə hazırıq. Sosial media xidmətindən istifadə edərək siz marka imicinizi formalaşdırarkən həm də satışlarınızı artıra bilərsiniz. Həmçinin bu alətlə biz sizə mövcud müştərilərlə yenidən əlaqə qurmaq və tamamən yeni müştərilərə çatmaq üçün bir yol təqdim edirik.

Brending və korporativ stil

"Brandbook"unuz sizin korporativ imicizdir və şirkətiniz haqqında olan məlumatları strukturlaşdırır və sistemləşdirir.

Şirkətin vizual imicini yaratmaq üçün marketinq və dizayn sahələrini bilmək, bununla yanaşı ən son trendləri izləmək lazımdır. Azərbaycan bazarının spesifikliyini bilmələri, bununla yanaşı əcnəbi müştərilərlə iş zamanı toplanan geniş təcrübə sayəsində dizaynerlərimiz brendlərə auditoriya tərəfindən rahatlıqla qəbul olunan korporativ üslub bəxş edir.

Web saytların hazırlanması

Zamanın tələblərini nəzərə alaraq biznesinizi rəqəmsallaşdırıb gəlirlərinizi artırmaq istəyirsiniz?

Veb saytınız – Şirkətinizin internetdə olan təmsilçisidir. Zamanın tələbi ilə artıq əksər bizneslər öz mövcudluğunu internet üzərində möhkəmləndirirlər. Bunun üçün ilkin addımlardan biri də biznesin veb saytının olmasıdır. Doğru şəkildə hazırlanmış sayt şirkətin üstünlüklərini, müsbət imicini və gücünü özündə əks etdirir.

02
Niyə biz?

Biz necə edirik?

Rəqəmsal dünyada üstünlük qazanın!

Google Ads xidmətləri

Veb sayt üzərindən yeni müştərilər qazanaraq satışları artırmağın ən təsirli yollarından biri də “Google Ads” reklamlarıdır. Google reklamları reklamverənlərə internet istifadəçilərinin təxminən 90%-ə qədərinə çatma imkanı verir.

Nəticəyə hesablanmış həllər

SEO xidmətləri

SEO xidmətimizdən yararlanaraq siz, veb-saytınızın istifadəçilərin axtardıqları açar sözlərə uyğun ilk sıralarda çıxması və trafikinin artmasını təmin edə bilərsiniz. SEO edərək Google axtarış nəticələrindəki rəqiblərinizi qabaqlamaq üçün yaxşı analiz, planlaşdırma və xidmət vacibdir. SEO mütəxəssislərimiz əvvəlcə veb saytınızın bütün incə detallarını araşdıracaq və çatışmazlıqları müəyyən edəcəklər. Veb saytınız ən yüksək səviyyəyə qalxarsa, ziyarətçi trafiki artacaq. Veb saytınızda nə qədər trafik varsa, qazancınız bir o qədər yüksək olacaq.

İncəsənətdən elmə!

İnnovativ video həllər

Mütəxəssislərimiz video inkişafın bütün mərhələlərini müşahidə edərək yüksək səviyyəli xidmət həyata keçirirlər. Studiyamızda yalnız yüksək keyfiyyətli və yüksək səviyyəli avadanlıqlardan istifadə olunur. Hazırlıq mərhələsi bir reklam və ya tanıtım videosunun yaradılmasında mühüm rol oynayır. Sifarişin bütün detalları müştəri ilə müzakirə olunur və müqavilə bağlanır. Operatorlarımız xidmətin tətbiqinə məsuliyyətlə, ciddi və diqqətlə yanaşırlar. Müştərilər ayrıca musiqi, qrafikanın əlavə edilməsi üçün ssenari və post prodakşından istifadə edə bilərlər.

03
Portfolio

İşlərimizdən

04
Haqqımızda

Biz kimik?

Markaların davamlı inkişafına və münasibətlərin dəyişməsinə imkan verən yaradıcı işlərin mövcudluğuna inanırıq.

  • Reklam strategiyası
  • Media satınalması
  • Sosial kampaniyalar
  • Müştəri aktivasiyası
  • Kampaniya menecment
  • Kontent yaradılması
  • Qrafik dizayn
  • Brendinq və korporativ imic
  • “Product naming”
  • Çap xidmətləri
  • Mətn yazarlığı
  • Kreativ kampaniyalar
05
Bəziləri

Müştərilərimiz